“OnePlus 7 Pro” smartfonu rəsmən təqdim edilib
Çinin “OnePlus” şirkəti “OnePlus 7 Pro” smartfonunu nümayiş etdirib. Yeni cihaz “QHD ” (HDR10 dəstəyi reallaşdırılıb, yeniləmə tezliyi 90 hersdir) təsvir ölçülü 6,67 düymlük AMOLED displey, irəli-geri çəkilən “selfi”-kamera və 48 meqapiksellik əsas obyektivlə təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, aparatın displeyi 5-ci nəsil “Gorilla Glass” şüşəsi ilə qorunur, panelin təsvir ölçüsü 3120x1440 piksel təşkil edir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Şirkətdən bildirilib ki, irəli-geri çəkilən mexanizm ən azı 300 min dəfə açılıb-bağlanacaq. Daxili datçik kimi quraşdırılmış akselerometr smartfonun yerə düşməsini müəyyənləşdirən kimi, ön kamera avtomatik öz yerinə qayıdacaq.
“OnePlus 7 Pro” – Çin istehsalçısının üçqat kamera ilə təchiz edilmiş ilk smartfonudur. Əsas kamera 48 meqapiksellik “Sony IMX586” datçiki ilə təchiz edilib. Yeni “UltraShot” funksiyası 4 dəfə daha çox işıq əhatə etməyə imkan verir. Saniyədə 60 kadr sürətlə 4k formatında, həmçinin 1080p/240 k/s və 720p/480 k/s rejimlərində çarxların çəkiliş imkanı mövcuddur. Bundan başqa, cihaza 3 qat zum imkanına malik 8 mp-lik teleobyektiv və 16 mp-lik genişbucaqlı kamera quraşdırılıb.
“OnePlus 7 Pro” smartfonu 10 qat maye soyutma sisteminə malik “Qualcomm Snapdragon 855” prosessoru ilə təchiz edilib. Smartfona “UFS 3.0” standartına əsaslanan yüksəksürətli yaddaş modulu və “Warp Charge 30” sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumuna malik batareya quraşdırılıb. Qulaqlıqlar üçün 3,5 mm-lik audiogiriş nəzərdə tutulmayıb.
“OnePlus 7 Pro” smartfonunun standart modelinin (6 QB əməli yaddaş və 128 QB daxili yaddaş) qiyməti 670 dollar təşkil edir. 8/256 QB-lıq modelin qiyməti 700, 12/256-lıq modelin qiyməti isə 750 ABŞ dolları təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 701
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet