Yaraların sağalması üçün yeni bioyapışqan hazırlanıb
Çin alimləri ultrabənövşəyi şüaların təsiri ilə donan və dərhal daxili orqanların qanaxmasını dayandıran xüsusi bioyapışqan hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, bir neçə saniyə ərzində ölümcül yaraların üstünü örtən qeyri-adi yapışqan ilk tibbi yardımın göstərilməsinin mümkün olmadığı yerlərdə istifadə oluna bilər. Şəffaf gel su, jelatin və zədəli toxumaya daxil edilən kimyəvi preparatların qarışığından ibarətdir. Bioyapışqan aktivləşdirilmədən sonra tez yapışaraq sukeçirməz bərkimə yaratmaqla qan və digər mayelərin axmasının qarşısını alır. Çjetszyan Universitetinin mütəxəssislərinin sözlərinə görə, yapışqan mayeli toxumalar üçün effektiv olması səbəbindən adətən yaraların tikilməsi üçün istifadə edilən toxmaq və ya tikişləri əvəz edir. Bioyapışqan hərbi əməliyyatların aparıldığı və ya mülki fəlakətlərin baş verdiyi yerlərdə əvəzedilməzdir; onu ürək əməliyyatı zamanı qanaxmanın dayandırılması və ya tibbi yardımın göstərilməsinin məhdud olduğu fövqəladə vəziyyətlər üçün istifadə etmək olar.
Bu vaxtadək tibbi yapışqan orqan toxumaları və ya iri qan damarlarını bitişdirmək üçün lazımınca möhkəmliyə malik olmayıb. Rezini xatırladan yeni hidrogel birləşdirici toxumaya bənzəyən material yaradır. Bioyapışqan, həmçinin tikişsiz germetizasiya üçün istifadə oluna bilər ki, bu da onu təcili cərrahiyyə əməliyyatlarında əvəzolunmaz edir.
Nizam Nuriyev
Baxış sayı: 726
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet