12px13px15px17px
Tarix:16/05/19

“Microsoft” genişmiqyaslı virus təhlükəsinə görə “Windows XP” sistemini yeniləyib

“Microsoft” şirkəti dəstəyi 2014-cü ildə dayandırılmış “Windows XP” əməliyyat sistemi üçün təcili yeniləmə paketi çıxarıb. Mütəxəssislər ehtiyat edirlər ki, sözügedən sistemdə aşkar edilmiş ciddi boşluq 2017-ci ildə “WannaCry” virusunun səbəb olduğu epidemiyaya gətirib çıxara bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, 2 il əvvəl sözügedən troyan virusu dünyada “Windows” sisteminin idarəetməsi altında işləyən on minlərlə kompüterə zərər vurub. 72 saat ərzində 150 ölkədə əməliyyat sistemlərinə zərər dəymişdi. “WannaCry” virusu fayllara girişi bloklayırdı, yalnız ödəniş edildikdən sonra blok aradan götürülürdü.

 

Aşkar edilmiş boşluq “XP” sistemindən başqa, dəstəyi 4 il əvvəl dayandırılmış “Windows 2003”-də qeydə alınıb. Həmçinin “Windows 7”, “Windows Server 2008 R2” və “Windows Server 2008” istifadəçiləri təhlükə altındadırlar. Virus “Windows 8” və “Windows 10” sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün heç bir problem yaratmır.

 

Dəstək müddətinin bitməsinə baxmayaraq, köhnə əməliyyat sistemləri müəssisələrdə geniş istifadə edilir.

 

Emil Hüseynov





Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024