Yaponiyada mobil telefon nömrələri tükənmək üzrədir
Yaponiyada mobil şəbəkə abunəçilərinin və mobil qoşulmadan istifadə edən “Əşyalar interneti” qurğularının sayının artması 11 rəqəmli telefon nömrələrinin tükənmə təhlükəsini yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “5G” texnologiyasının kommersiya istifadəsinə verilməsinin yaxınlaşması ilə əlaqədar 11 rəqəmli nömrələrin 2022-ci maliyyə ilində bitəcəyi gözlənilir.
Məlumata görə, ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyi 020 kodu ilə başlayacaq təxminən 10 milyard 14 rəqəmli nömrə yaratmağı planlaşdırır. Bu kodla başlayan 11 rəqəmli nömrələr hazırda “Əşyalar interneti” qurğuları üçün istifadə edilir. 2017-ci ilin yanvarından 2019-cu ilin martınadək ayrılmış 80 milyon nömrənin 32,6 milyonu artıq istifadəyə verilib.
11 rəqəmli nömrələrin 2021-ci ilin sonunda tətbiqi ilə bağlı plan ekspertlər qrupunun bu yaxınlarda keçirilən iclasında təklif edilib. Plan üç əsas mobil rabitə operatoru – “NTT Docomo Inc”, “KDDI Corp” və “SoftBank Corp” tərəfindən qəbul olunub. İctimai fikri nəzərə alan nazirlik iyunda məsələ ilə bağlı hesabat hazırlayacaq. Bundan əlavə, ilin sonunadək bütün lazımi hazırlıqların həyata keçirilməsi və müvafiq fərmanın verilməsi nəzərdə tutulur. Yeni nömrələr əsas operatorlar tərəfindən sistemlərin yenilənməsi üzrə işlər tez başa çatdırılacağı təqdirdə onlara vaxtından əvvəl veriləcək.
Hazırda Yaponiyada mobil rabitə üçün 090, 080 və 070 kodları ilə başlayan 11 rəqəmli nömrələrdən istifadə olunur.
Nizam Nuriyev
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet