“Ağıllı” məişət texnikası üçün yeni prosessor yaradılıb
“LG” şirkəti süni intellektli evlər üçün qurğuların hazırlanmasının sürətləndirilməsi üzrə strategiya çərçivəsində yeni xüsusi prosessor yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “AI Chip” adlı qurğuya “Neural Engine” prosessor bloku daxildir. “Neural Engine” sayəsində yeni həll insan beyninin neyron şəbəkəsini daha yaxşı imitasiya edə bilir. Bundan başqa, təlim alqoritmlərinin dərin siqnallarının emalı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Məlumata görə, yeni prosessor həm təsvirlərin emalı və müəyyənləşdirilməsi, həm də emosiyaların tanınması daxil olmaqla səsin emalı üçün nəzərdə tutulub. Bundan əlavə, prosessorun ətraf mühitdə fiziki və kimyəvi dəyişiklikləri aşkarlaması maraq doğurur.
Cənubi Koreya istehsalçısının nümayəndələrinin sözlərinə görə, yeni prosessordan istifadə edəcək qurğular internetə qoşulmadan məlumatları emal edəcək.
“AI Chip” prosessorunun “LG” şirkətinin robot tozsoran, paltaryuyan maşın, soyuducu və kondisioner kimi gələcək qurğularında tətbiq ediləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 507
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet