12px13px15px17px
Tarix:20/05/19

Smartfonun tez sıradan çıxmasına səbəb olan vərdişlər açıqlanıb

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smartfonlara zərər vuran ən geniş yayılmış vərdişlərin siyahısını tərtib ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cihaz sahibinin ehtiyatsız davranışı nəticəsində fiziki zədələnmə siyahının birinci pilləsində qərarlaşıb. Əksər hallarda smartfonları əldən yerə salırlar. Bir çoxları cihazın sudan müdafiəsinə ümid edirlər, ancaq suda və dərinlikdə tez-tez “selfi” çəkdirmək smartfonun sıradan çıxmasına gətirib çıxarır.

 

Həmçinin suya davamlı qurğuları suyun axını altında yumaq təhlükəlidir: təzyiq suyun cihazın daxilinə düşməsinə səbəb olur.

 

Smartfonun gecə vaxtı enerji ilə doldurulması, həmçinin zərərlidir. Yatmazdan öncə telefonu enerji ilə doldurmaq cəhdi konnektorun zədələnməsinə gətirib çıxara bilər, çünki hər kəs konnektoru birinci dəfədən tapa bilmir.

 

Həmçinin ekspertlər enerji doldurmaq üçün ucuz kabellərdən imtina etməyi tövsiyə edirlər. Belə kabellər akkumulyatora xeyli zərər vurur.

 

Smartfonu enerji ilə doldurarkən onun üstünü geyimlə örtmək və ya onu balışın altına qoymaq tövsiyə edilmir: bu, cihazın həddən çox qızmasına səbəb olur.

 

Litium-ion akkumulyatorları ən çox soyuq və istini sevmir: smartfonun yayda günəş altında və ya qışda mühərriki söndürülmüş avtomobilin salonunda enerji ilə doldurulması onun istismar müddətini xeyli azaldır.

 

Bundan başqa, enerjidoldurma zamanı “ağır” oyunlar oynamaq lazım deyil, çünki bu, həmçinin smartfonun həddən çox qızmasına gətirib çıxarır.

 

Həmçinin cihaza quraşdırılmış proqramları izləmək vacibdir. Fon rejimində həmin proqramların işi smartfonun avtonom iş müddətini xeyli azaldır.

 

Emil Hüseynov





Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024