12px13px15px17px
Tarix:21/05/19

Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsulu fikirləşiblər. Onlar vəziyyətdən asılı olaraq insanın dərisini isidən və ya soyudan daşınan cihaz hazırlayıblar. Belə cihazı birbaşa geyimə quraşdırmaq mümkündür və onun istifadəsi kondisioner və qızdırıcıların işini minimum endirməklə elektrik enerjisi istehlakını xeyli azalda bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qurğunun prototipi insanın çiyninə bərkidilən sarğı şəklində işlənib hazırlanıb. Onun strukturuna daxil olan akkumulyator, sistem lövhəsi və termoelement elastikdir. Cihaz insan dərisini istifadəçi tərəfindən seçilmiş temperaturda isidib-soyutmaq imkanına malikdir.

 

Aparıcı mühəndis Renkun Çenin sözlərinə görə, cihaz qızdırıcı və kondisionerləri tamamilə əvəz etmir, lakin insanın özünü rahat hiss etdiyi temperatur diapazonunu xeyli genişləndirir.

 

Emil Hüseynov





Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024