12px13px15px17px
Tarix:21/05/19

“Starship” raketinin prototipləri hazırlanır

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutumuna malik kiçildilmiş prototipini hazırladıqdan sonra Floridanın kosmik sahillərində istehsal və işləmələr üzrə analoji işlərə başlayıb. Şirkətin təsisçisi və baş direktoru İlon Mask bu həftə raketin eyni anda Texas və Floridada yeni versiyalarının hazırlanmasını təsdiqləyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “Starship” çoxdəfəli raketi insanların Ay, Mars və kosmosun digər ucqar yerlərinə çatdırılması üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsinin çoxistifadəli “Super Heavy” raketdaşıyıcısı vasitəsilə buraxılması nəzərdə tutulur. “Starship” və “Super Heavy” raketlərində növbəti nəsil “Raptor” mühərrikindən istifadə ediləcək. “Starship” raketi 7, “Super Heavy” isə 31 belə mühərriklə təchiz ediləcək. Hazırda şirkət “Raptor” mühərrikinin dördünü hazırlayıb. Beşincisi şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında hazırlanır. İ.Maskın “Twitter” səhifəsində verilən məlumata görə, 100-cü “Raptor” mühərriki 2020-ci ilin əvvəlində hazır olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024