Tarix:15/11/11
Onun sözlərinə görə, hazırda sistemin yaradılması üzrə yekun işlər görülür. Sistemin özündə isə proqram təminatının yüklənməsi üzrə işlər aparılır. Bakıda işə salınması sistemin birinci mərhələsi olacaq.
İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün avtomobil magistrallarını və yollarını əhatə edəcək. Üç mərhələ həyata keçirildikdən sonra sistem Bakıda mərkəzdən idarə ediləcək.
Layihənin ilkin dəyəri 77 milyon dollar idi, lakin layihəyə əlavə və dəyişikliklər edildikdən sonra onun qiyməti 19 milyon dollar artıb. Layihənin bahalaşması Nazirlər Kabinetinin "Terror aktlarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi haqqında" qərarına uyğun olaraq sistemin əlavə funksiyalarının işlənib hazırlanması ilə əlaqədardır.
Dəyişikliklər nəticəsində videoaxınların və onların qeydiyyatının artırılması təmin edilib. Bundan başqa, informasiya terminallarının sayı 300-dən 664 ədədə çatdırılıb.
İşlərin genişləndirilməsi çərçivəsində Bakının küçələrində quraşdırılması nəzərdə tutulan informasiya tablolarının sayı 20-dən 48 ədədə çatdırılıb. Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır.
Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır. Qeyd edək ki, intellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.
Bakıda elektron tipli işıqforlar qurulacaq
Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemi bu ilin dekabrında istismara veriləcək. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.Onun sözlərinə görə, hazırda sistemin yaradılması üzrə yekun işlər görülür. Sistemin özündə isə proqram təminatının yüklənməsi üzrə işlər aparılır. Bakıda işə salınması sistemin birinci mərhələsi olacaq.
İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün avtomobil magistrallarını və yollarını əhatə edəcək. Üç mərhələ həyata keçirildikdən sonra sistem Bakıda mərkəzdən idarə ediləcək.
Layihənin ilkin dəyəri 77 milyon dollar idi, lakin layihəyə əlavə və dəyişikliklər edildikdən sonra onun qiyməti 19 milyon dollar artıb. Layihənin bahalaşması Nazirlər Kabinetinin "Terror aktlarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi haqqında" qərarına uyğun olaraq sistemin əlavə funksiyalarının işlənib hazırlanması ilə əlaqədardır.
Dəyişikliklər nəticəsində videoaxınların və onların qeydiyyatının artırılması təmin edilib. Bundan başqa, informasiya terminallarının sayı 300-dən 664 ədədə çatdırılıb.
İşlərin genişləndirilməsi çərçivəsində Bakının küçələrində quraşdırılması nəzərdə tutulan informasiya tablolarının sayı 20-dən 48 ədədə çatdırılıb. Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır.
Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır. Qeyd edək ki, intellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.
Baxış sayı: 786
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet