“Android” sistemi üçün “Tor” brauzerinin rəsmi versiyası buraxılıb
“Tor Project” qeyri-kommersiya təşkilatı “Android” əməliyyat sistemi üçün “Tor” anonim brauzerinin rəsmi versiyasını təqdim edib. “Tor Browser 8.5” adlı versiya ilk stabil buraxılışdır. Ümumi sınaq üçün ilkin versiya 2018-ci ilin sentyabrında işıq üzü görüb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, təşkilat nümayəndələrinin sözlərinə görə, fərdi kompüter və mobil versiya arasında bir sıra funksional fərqlərə baxmayaraq onlar “proxy” və izlənmədən yayınmaq üçün mühafizə daxil olmaqla eyni təhlükəsizlik funksiyalarını təmin edirlər.
“Android” üçün “Tor” ilə yanaşı, “Windows”, “Mac” və “Linux” əməliyyat sistemləri üçün “Tor 8.5” versiyası buraxılıb. Hazırda brauzerin “iOS” əməliyyat sistemi üçün rəsmi versiyası mövcud olmasa da, “Apple” smartfon və planşet istifadəçiləri “Tor” brauzerindən mobil qurğularda istifadəyə imkan verən alternativ proqramlar quraşdıra bilərlər.
Qeyd edək ki, “Tor” şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.
“Tor” layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.
Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.
Nizam Nuriyev
Baxış sayı: 603
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet