“Samsung Galaxy A70S” 64 meqapikselli kameraya malik ilk smartfon olacaq
Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” sahə üzrə ilk dəfə 64 meqapikselli kamera ilə təchiz ediləcək “Galaxy A70S” smartfonu üzərində çalışır.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, əsas kamerasının təsvir ölçüsü 64 meqapiksel təşkil edəcək “Galaxy A70S” modelinin cari ilin sonunadək təqdim ediləcəyi gözlənilir.
Məlumata görə, qurğu bu yaxınlarda işıq üzü görən “Samsung ISOCELL Bright GW1” ötürücüsü əsasında tətbiq edilən əsas kameraya malik olacaq.
“Samsung ISOCELL Bright GW1” hazırlanmasında ən innovativ mobil sensor texnologiyaların tətbiq edildiyi 64 meqapikselli matrisadan ibarətdir.
Ötürücü yaxşı işıqlandırma şəraitində yüksək təsvir ölçülü şəkillər əldə etməyə imkan verir. İşıqlandırma səviyyəsi qənaətbəxş olmayanda isə matrisa təsvir ölçüsünü azaltmaqla daha çox fotonu əhatə etmək üçün ayrı-ayrı pikselləri hər biri dörd nöqtədən ibarət qrupa birləşdirir.
64 meqapikselli ilk “Galaxy A70S” smartfonu kamerası şəkilləri 32 meqapikseldə çəkən “Galaxy A70” qurğusunun təkmilləşdirilmiş versiyası olacaq.
Nizam Nuriyev
Baxış sayı: 437
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet