12px13px15px17px
Tarix:24/05/19

Azərbaycan və Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası  "Rosatom"un nümayəndə heyəti arasında görüş olub. 
 
360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin  rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.
 
Tərəflər  nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə  ediblər.  
 
Görüşdə Rusiya tərəfindən "Rosatom" şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və "Rusatom" Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.
 
Görüş zamanı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Milli Nüvə Tədqiqatları Mərkəzi ilə "Rosatom"  dövlət  korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib. 
 
Danışıqların əsas mövzusu  "Rosatom" şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. 
 
Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq "Rosatom" şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.
 
Bundan başqa  bu sahədə elmi tədqiqat  obyektlərinin qurulması, iki şirkət arasında bu  istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.
 
Növbəti mərhələdə "Rosatom" şirkətinin  böyük nümayəndə heyətinin Azərbaycana gəlişi  və  nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq "Rosatom" şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub. 





Baxış sayı: 471

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024