Dronları neyron aktivliklə idarə edən şlem yaradılır
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency – DARPA) fikrin gücü vasitəsilə pilotsuz uçan aparatları idarə etməyə imkan verən sistem yaradır.
"ICTnews" Elektron Xəbər Xidməti "Gazetadaily" resursuna istinadən yazır ki, hazırda sınaq mərhələsində olan layihəyə iki istiqamətli "beyin-kompüter" interfeysini yaradan müxtəlif ali məktəblərin mütəxəssisləri cəlb olunub. İnterfeysin köməyi ilə təkcə uçan aparatları deyil, eyni zamanda məsafəli idarəetməyə malik digər avadanlıqları idarə etmək mümkün olacaq.
Məlumata görə, sistem idarəetmə üçün operatordan dərinin üst qatına bərkidilən və neyronların elektron siqnallarını oxuyan ötürücülərin yerləşdirilməsini tələb edir.
Yeni texnologiya barədə ətraflı məlumat verməyən "DARPA" nümayəndələri hazırda hərbçilərə çevik hərbi əməliyyatlarda iştiraka imkan verəcək bir sıra qurğuların hazırlanmasını bildiriblər. Bu halda pilotsuz sistemlərlə yanaşı, süni intellektin cəlb edilməsi nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet