12px13px15px17px
Tarix:25/05/19

“NASA”: “2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək”

ABŞ Kosmik Agentliyi (NASA) 2020-ci ildə canlı orqanizmlərin uzaq kosmosa göndərilməsi üzrə eksperimentə başlayacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, tədqiqat "Artemis 1" proqramı çərçivəsində "NASA" konstruktorları tərəfindən yaradılan "BioSentinel" kosmik zondunun göyərtəsində aparılacaq. Eksperimentlərin aparılması üçün günəşətrafı orbitə çıxarılacaq 14 kiloqramlıq aparatın bölməsində iki tip maya göbələyi var. Tədqiqatçılar qeyd edir ki, bitkilərdən biri radiasiya təsirinə digərinə nisbətən daha dözümlü olacaq.

 

Bildirilir ki, 9-12 ay davam edəcək eksperiment zamanı tədqiqatçılar maya göbələklərinin çoxalma prosesini öyrənmək niyyətindədirlər. Elmi işə üç laboratoriyada aparılan müşahidələr daxildir. Onlardan biri peyk bölməsi ilə müqayisədə radiasiyanın daha az səviyyədə olduğu Beynəlxalq Kosmik Stansiyada, digəri isə Nyu-York ştatında yerləşən Brukheyven Milli Laboratoriyasında aparılacaq. Orada bitkilər güclü radiasiya şüalanmasına məruz qalacaqlar.

 

"NASA" mütəxəssislərinin sözlərinə görə, maya göbələklərində DNK-nın bərpa prosesi insan orqanizmindəki proseslərə bənzəməsi əhəmiyyət kəsb edir. "BioSentinel" zondunda tədqiqatların göstəriciləri radiasiyanın orqanizmlərə təsirinin nəticələrinin qiymətləndirilməsi zamanı mühüm rol oynayacaq", – mütəxəssislər qeyd edib.

 

"Artemis 1" proqramı kosmosa ümumilikdə 12 peykin çıxarılmasını nəzərdə tutur. Onların ikisi – "Lunar Flashlight" və "Lunar IceCube" su buzunun izlərinin aşkarlanması məqsədilə Ay səthini tədqiq edəcək. Günəş yelkəni ilə təchiz edilən zondu isə asteroidlərin birinə göndərmək planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024