“Lenovo” şirkəti dünyada ilk “5G” noutbukunu təqdim edib
Tayvanın paytaxtı Taybeydə keçirilən "Computex 2019" sərgisində "Lenovo" və "Qualcomm" şirkətləri dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk noutbuk təqdim ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Project Limitless" adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış "Snapdragon 8cx" platforması ilə işləyir. Sistem "Kryo 495" səkkiznüvəli əsas prosessor və "Adreno 680" qrafik nüvəsi ilə təchiz edilib. Bundan başqa, noutbuk beşinci nəsil (5G) mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib. Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.
Sözügedən şirkətlər 2020-ci ilin əvvəlinədək adıçəkilən noutbukun istehsalını planlaşdırıblar.
Emil Hüseynov
Baxış sayı: 596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet