12px13px15px17px
Tarix:29/05/19

“Asus” şirkəti iki ədəd 4K təsvir ölçülü ekranla təchiz edilmiş noutbukunu təqdim edib

Tayvanın “Asus” şirkəti tərəfindən təqdim edilmiş “ZenBook Pro Duo” noutbukunun əsas özəlliyi klaviaturanın üstündə yerləşdirilmiş ikinci displeydir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, “ZenBook Pro Duo” noutbukunun əsas OLED displeyinin diaqonalı 15 düym təşkil edir və 4K təsvir ölçüsünə malikdir. Qurğunun alt panelində eyni təsvir ölçüsü və tərəflər nisbəti 32:9 olan ikinci ekran quraşdırılıb. Təqdimat videoçarxına əsasən, ikinci displeydə əsas proqramın pəncərəsinin bir hissəsi göstərilə yaxud əlavə proqram işə salına bilər. Həmçinin alt ekranda informasiyaya iki pəncərədə baxmaq mümkündür.

 

İkinci displeyin mövcudluğu noutbuk istehsalçısına onu klaviatura ilə təchiz etməyə mane olmayıb. Taçpad alt küncə keçirilib və əlavə funksionallıq əldə edib: onu əlavə rəqəmli klaviatura blokuna çevirmək mümkündür.

 

“ZenBook Pro Duo” noutbuku “Intel Core i7” və ya “i9” prosessorları, “Nvidia GeForce MX250” və ya “RTX 2060” videokartları, həmçinin 32 QB-dək əməli yaddaş və 1 TB-dək SSD ilə təchiz edilə bilər. Qurğunun çəkisi 2,5 kq-dır.

 

Emil Hüseynov





Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024