12px13px15px17px
Tarix:30/05/19

İkiekranlı “Intel” noutbukları nümayiş olunub

"Intel" şirkəti şarnirlər sistemi üzərində qurulan ikiekranlı orijinal noutbuklar nümayiş etdirib. Ekranları istifadəçinin gözü qarşısında yerləşən qurğularda bir displeydən digərinə keçmək üçün baxışdan istifadə olunur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, "Honeycomb Glacier" adlanan birinci noutbukun əsas ekranının diaqonalı 15,6 düym, əlavə displeyin isə 12,3 düym təşkil edir. Əlavə ekran oyunlarda tətbiq edilməklə itkilər, döyüş sursatlarının sayı və s. haqqında məlumatları göstərir. Həmçinin onun üzərində virtual işçi masasını genişləndirmək və ya sənədi çəkib aparmaq mümkündür.

 

Prototipdə 45 vatlıq səkkiznüvəli "Intel" prosessoru və "NVIDIA GeForce GTX 1060" videokartından istifadə olunub. Baxışın izlənilməsi üçün "Tobii" trekeri tətbiq edilib. Qurğunun qiyməti, buraxılış tarixi və s. barədə məlumatlar verilmir.

 

Bundan başqa, müasir smartfon ideyalarını genişləndirən "Intel Ambient PC" adlı ikiekranlı digər prototip də təqdim edilib. Yeni model noutbuk açılan zaman sensor paneli əvəzləyən və korpusun kənarına əyilməklə qurğu bağlı olanda xidməti informasiyanı göstərməyə imkan verən sensor ekranla təchiz olunub. Hazırda bu, təqvimi göstərməyə və "Spotify" servisini idarə etməyə imkan verir. Bu rejimdə iş üçün ayrıca "Atom" prosessorundan istifadə olunur.

 

"Intel Ambient PC" noutbukunun satışa çıxarılma tarixi barədə məlumat verilmir.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024