Tarix:01/06/19
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, "Hyundai" şirkəti atmosferə buraxılan zərərli qazların tullantılarının azalmasında maraqlıdır və bu məqsədlə hazırladığı elektrik sərnişin avtobusu tam doldurulmuş batareya ilə 300 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi 384 kVt/saat gücündə su soyutma sisteminə malik batareyalarla təchiz edilib. Batareyalar 72 dəqiqə müddətində enerji ilə tamamilə doldurulur.
Elektrik avtobusunun uzunluğu təxminən 13 metr, hündürlüyü isə 4 metrdir. Avtobusun salonu 70 sərnişin üçün nəzərdə tutulub, həmçinin əlillər üçün iki yer ayrılıb. Cənubi Koreyanın nəqliyyat istehsalçısı avtobusun sükan idarəetməsinə özünün bir neçə innovativ yeniliyini tətbiq edib: arxa təkərlər sistemi ön oxun sükan idarəetməsi ilə sinxronlaşdırılıb ki, bu da avtobusa döngələrdə yüksək xüsusiyyətlərə malik olmağa imkan verəcək.
Hələ ki ikimərtəbəli elektrik avtobuslarının kommersiya istehsalına başlanılacağı vaxt məlum deyil.
Emil Hüseynov
“Hyundai” şirkəti ikimərtəbəli elektrik avtobusu hazırlayıb
"Hyundai" şirkətinin mühəndisləri son 18 ayda elektrik sərnişin avtobusu üzərində işləyiblər."ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, "Hyundai" şirkəti atmosferə buraxılan zərərli qazların tullantılarının azalmasında maraqlıdır və bu məqsədlə hazırladığı elektrik sərnişin avtobusu tam doldurulmuş batareya ilə 300 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi 384 kVt/saat gücündə su soyutma sisteminə malik batareyalarla təchiz edilib. Batareyalar 72 dəqiqə müddətində enerji ilə tamamilə doldurulur.
Elektrik avtobusunun uzunluğu təxminən 13 metr, hündürlüyü isə 4 metrdir. Avtobusun salonu 70 sərnişin üçün nəzərdə tutulub, həmçinin əlillər üçün iki yer ayrılıb. Cənubi Koreyanın nəqliyyat istehsalçısı avtobusun sükan idarəetməsinə özünün bir neçə innovativ yeniliyini tətbiq edib: arxa təkərlər sistemi ön oxun sükan idarəetməsi ilə sinxronlaşdırılıb ki, bu da avtobusa döngələrdə yüksək xüsusiyyətlərə malik olmağa imkan verəcək.
Hələ ki ikimərtəbəli elektrik avtobuslarının kommersiya istehsalına başlanılacağı vaxt məlum deyil.
Emil Hüseynov
Baxış sayı: 461
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı