Tarix:01/06/19
3 gün davam edəcək forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilir.
BMT-nin hesablamalarına əsasən, bu gün 18-25 yaşlı gənclər internetsiz dünyanı tanımayan ilk nəsildir. Lakin buna baxmayaraq dünya əhalisinin, demək olar ki, yarısının internetə çıxışı yoxdur. Dünyanın müxtəlif ölkələrindən olan gənclər "Biz birlikdə bunu dəyişə bilərik!", "Bizim dəyişmək istədiyimiz budur!" şüarı ilə Azərbaycanda bir araya toplanıb.
Tədbirə Niderland, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Moldova, Serbiya və Azərbaycanın müxtəlif regionlarından gənclər qatılıb. İlk iki gün gənclərin internet və inkişaf məqsədi ilə onun daha geniş tətbiqi istiqamətlərində nəzəri və praktik biliklərinin möhkəmlənməsinə həsr olunub.
İnternet idarəçiliyinin gələcəyi haqqında maraqlı debatlar, rəqəmli sahə üzrə inkişaf tendensiyaları haqqında şərhlər, gənclərin bu prosesdə qəbul edəcəkləri qərarlar və siyasi arqumentlərlə zəngin olacaq yekun tədbir isə iyunun 3-də keçiriləcək.
Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir
"İnnovasiya Festivalı" çərçivəsində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu işə başlayıb.3 gün davam edəcək forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilir.
BMT-nin hesablamalarına əsasən, bu gün 18-25 yaşlı gənclər internetsiz dünyanı tanımayan ilk nəsildir. Lakin buna baxmayaraq dünya əhalisinin, demək olar ki, yarısının internetə çıxışı yoxdur. Dünyanın müxtəlif ölkələrindən olan gənclər "Biz birlikdə bunu dəyişə bilərik!", "Bizim dəyişmək istədiyimiz budur!" şüarı ilə Azərbaycanda bir araya toplanıb.
Tədbirə Niderland, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Moldova, Serbiya və Azərbaycanın müxtəlif regionlarından gənclər qatılıb. İlk iki gün gənclərin internet və inkişaf məqsədi ilə onun daha geniş tətbiqi istiqamətlərində nəzəri və praktik biliklərinin möhkəmlənməsinə həsr olunub.
İnternet idarəçiliyinin gələcəyi haqqında maraqlı debatlar, rəqəmli sahə üzrə inkişaf tendensiyaları haqqında şərhlər, gənclərin bu prosesdə qəbul edəcəkləri qərarlar və siyasi arqumentlərlə zəngin olacaq yekun tədbir isə iyunun 3-də keçiriləcək.
Baxış sayı: 483
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet