BMT-nin komissiyasında Azərbaycanda nəqliyyat və İKT sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr haqqında məlumat verilib
Tailandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional komissiyasından biri olan BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnklüzivliyin və bərabərliyin təmin edilməsi mövzusuna həsr olunmuş 75-ci komissiya iclası keçirilib.
Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolu oynayır. Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Xüsusən nəqliyyat, İKT və enerji sahələrində əməkdaşlıq istiqamətində UNESCAP ölkəmiz üçün vacib platformadır.
Tədbirdə dayanıqlı inkişaf erasında nəqliyyat və logistikanın təşviqi, 2030-cu ilin gündəliyi, nəqliyyat bağlantılarının inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahələrində üzv ölkələrdə görülən işlər kimi məsələlərə dair müzakirələr aparılıb.
İclasda 47 ölkənin nümayəndələri, eləcə də ESCAP Katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edib.
Ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, eləcə də respublikamızın nəqliyyat və İKT sahələrində həyata keçirdiyi, təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Təşkilatın regional institutları olan Asiya və Sakit Okean üçün Statistika İnstitutunun (SIAP) və Fəlakətlərə dair İnformasiyaların İdarə Olunmasının İnkişafı Mərkəzinin (APDIM) İdarə heyətlərinə keçirilən seçkilərlə bağlı səsvermədə ölkəmiz də iştirak edib.
Baxış sayı: 512
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet