12px13px15px17px
Tarix:08/06/19

“Amazon” şirkəti bağlamaların çatdırılması üçün yeni dron təqdim edib (VİDEO)

ABŞ-ın "Amazon" şirkəti "Prime Air" servisi çərçivəsində alıcılara kiçik sifarişlərin çatdırılması üçün nəzərdə tutulan yeni pilotsuz uçan aparat təqdim edib. Bu barədə şirkətin bloqunda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Amazon" artıq bir neçə ildir kiçik dronlar vasitəsilə sifarişlərin çatdırılması ideyasını inkişaf etdirir. "Prime Air" servisi 2016-cı ildə Böyük Britaniyada test rejimində işə salınıb, layihə üzərində işin davam etdiyi illər ərzində isə şirkət mühəndisləri tərəfindən bir neçə müxtəlif konstruksiyalı dron ərsəyə gətirilib. Yeni pilotsuz uçan aparat böyük altıbucaqlı ramaya malik geksakopter şəklindədir. Onun səthi qaldırıcı güc yaratmağa və uçuşu stabilləşdirməyə imkan verən aerodinamik profilə malikdir. Həmçinin dronun yuxarı hissəsində ayrıca vertikal stabilizator yerləşir.

 

24 km məsafədə 2,3 kq ağırlığında yük çatdırmaq qabiliyyətinə malik dronun korpusunun əsas hissəsi ramanın mərkəzində quraşdırılıb. Aparat vertikal rejimdə uçur və enir, havada isə iki ön və arxa vintdə hərəkət qüvvəsi nisbətinin dəyişməsi sayəsində horizontal uçuş rejiminə keçir.

 

"Amazon" şirkəti bağlamaların çatdırılması üçün yeni dronlardan bir neçə ay sonra istifadəyə başlamağı planlaşdırır.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024