Tarix:13/06/19
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, monitorlar IPS matrisaları üçün rekord çağırışa cavab sürəti (1 milli-saniyə) ilə seçilir. Yenilənmiş "LG UltraGear" istehsal xəttinə 2 bükük ekranlı model daxildir. 144 QHs takt tezlikli yenilənmə, 2560x1440 piksel təsvir ölçülü və 350 kandel kvadratmetr (kd/m2) parlaqlıqlı 27 düym diaqonallı "LG 27GL850" monitoru "HDR10" standartını dəstəkləyir və iki "HDMI" və bir "DisplayPort" portu ilə təchiz edilib.
38 düym diaqonallı ekran və 3840x1600 piksel təsvir ölçülü "LG 38GL950G" modeli kiçik versiyadan artırılmış parlaqlığı (450 kd/m2) və yenilənmə tezliyini 144 qiqahersdən 175 QHs-dək sürətləndirmə imkanı ilə fərqlənir. Yeni model "NVIDIA G-Sync" texnologiyasını və "VESA DisplayHDR 400" standartını dəstəkləyir. Siqnal mənbəyinə qoşulma imkanlarını arxa paneldə yerləşən "HDMI" və "DisplayPort" çıxışları təqdim edir. Hər iki monitor "Dynamic Action Sync", "Black Stabilizer" və "Crosshair" texnologiyalarını dəstəkləyir. 38 düymlük model, həmçinin arxa qapaqda quraşdırılan "Sphere Lighting 2.0" "RGB" işıqlandırıcısı ilə təchiz olunub.
İlkin sifarişlərin qəbuluna iyulun 1-dən etibarən başlanacaq "LG 27GL850" monitorunun satışları bu ilin üçüncü rübünə planlaşdırılır. "LG 38GL950G" monitorunun buraxılış tarixi və modellərin qiyməti sonra elan ediləcək.
Nizam Nuriyev
Ən sürətli IPS monitorları nümayiş olunub
"LG" şirkəti "Е3 2019" sərgisində dünyanın ən sürətli IPS monitorlarını nümayiş etdirib."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, monitorlar IPS matrisaları üçün rekord çağırışa cavab sürəti (1 milli-saniyə) ilə seçilir. Yenilənmiş "LG UltraGear" istehsal xəttinə 2 bükük ekranlı model daxildir. 144 QHs takt tezlikli yenilənmə, 2560x1440 piksel təsvir ölçülü və 350 kandel kvadratmetr (kd/m2) parlaqlıqlı 27 düym diaqonallı "LG 27GL850" monitoru "HDR10" standartını dəstəkləyir və iki "HDMI" və bir "DisplayPort" portu ilə təchiz edilib.
38 düym diaqonallı ekran və 3840x1600 piksel təsvir ölçülü "LG 38GL950G" modeli kiçik versiyadan artırılmış parlaqlığı (450 kd/m2) və yenilənmə tezliyini 144 qiqahersdən 175 QHs-dək sürətləndirmə imkanı ilə fərqlənir. Yeni model "NVIDIA G-Sync" texnologiyasını və "VESA DisplayHDR 400" standartını dəstəkləyir. Siqnal mənbəyinə qoşulma imkanlarını arxa paneldə yerləşən "HDMI" və "DisplayPort" çıxışları təqdim edir. Hər iki monitor "Dynamic Action Sync", "Black Stabilizer" və "Crosshair" texnologiyalarını dəstəkləyir. 38 düymlük model, həmçinin arxa qapaqda quraşdırılan "Sphere Lighting 2.0" "RGB" işıqlandırıcısı ilə təchiz olunub.
İlkin sifarişlərin qəbuluna iyulun 1-dən etibarən başlanacaq "LG 27GL850" monitorunun satışları bu ilin üçüncü rübünə planlaşdırılır. "LG 38GL950G" monitorunun buraxılış tarixi və modellərin qiyməti sonra elan ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 886
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet