“Cisco” şirkəti “Wi-Fi 6” simsiz rabitə standartını təqdim edib
"Cisco" şirkəti rəqəmli transformasiya, immersiv əlavələr və "Əşyalar interneti" obyektlərinin qoşulması sahəsində yeni imkanlar nəzərdə tutan "Wi-Fi 6" (802.11ax) texnologiyasını təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, "Wi-Fi 6" məlumatların daha sürətli ötürülməsini və buraxılış qabiliyyətinin (capacity) 400 faizədək artırılmasını təmin edir. Bu, stadion, ictimai auditoriya, konfrans zalları kimi yüksək qoşulma sıxlığına malik yerlər üçün xüsusilə əhəmiyyətlidir. Qurğuların dərhal çağırışa cavab verməsini tələb edən vəzifələrdə "Wi-Fi 6" yubanma vaxtının (latency) azaldılması sayəsində çox effektivdir.
Bildirilir ki, qurğuların yeni standarta qoşulması onların akkumulyator yükünü azaldır, istifadəçilərə göstərilən xidmətin keyfiyyəti isə daha proqnozlaşdırılan olur.
Yeni "Cisco" aparatları arasında "Wi-Fi 6" çıxış nöqtələri də yer alıb. Onlar maksimum "ağıllı" və mühafizəli simsiz şəbəkələr qurmağa, eləcə də "BLE", "Zigbee" və "Thread" daxil olmaqla müxtəlif "Əşyalar interneti" protokolları ilə işləməyə imkan verir.
Kampus şəbəkəsi üçün "Cisco Catalyst 9600" magistral kommutatorları təşkilatda simli və simsiz texnologiyaları birləşdirən vahid şəbəkə strukturunun yaradılması üçün alətdir.
Yeni tərəfdaşlıq ekosistemlərinə qoşulan şirkət "Wi-Fi 6" çıxış nöqtələri istifadəyə verilənədək "Intel" və "Samsung" ilə qarşılıqlı uyğunluğun yoxlanılması üçün test keçirib. Həmçinin "Cisco" şirkəti "Samsung", "Boingo", "GlobalReach", "Presidio" və digərləri ilə açıq rouminq layihəsinə rəhbərlik edir. Konsorsiumun məqsədi "Wi-Fi" və "LTE" şəbəkələri arasında simsiz və təhlükəsiz keçidi, eləcə də ictimai "Wi-Fi" şəbəkələrinə qoşulmanı sadələşdirməkdən ibarətdir.
"Cisco" şirkətinin Rusiya və MDB üzrə texnologiyalar direktoru Andrey Kuzmiçin sözlərinə görə, "5G" və "Wi-Fi 6" yeni simsiz rabitə erasıdır.
Nizam Nuriyev
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet