12px13px15px17px
Tarix:18/06/19

“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan startaplar üçün inkubator istifadəyə verib. Oxşar layihələrin digər ölkələrdə də işə salınması planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Ignite” adlı proqram çərçivəsində təqribən 10-15 startap süni intellekt, avtonom sistemlər, kibertəhlükəsizlik və s. sahələrdə biznes ideya və prototipləşdirmə mərhələsi ərəfəsində və kapitalın mobilləşdirilməsi mərhələsindədir.

 

“Intel” 2018-2020-ci illərdə İsrailin cənubunda Kiryat-Qat şəhərində yerləşən mövcud fabrikin modernləşdirilməsinə 18 milyard şekel (5 milyard dollar) xərcləmək niyyətindədir. Saziş çərçivəsində şirkət, həmçinin yerli tədarükçülərə daha 3 milyard şekel (835 milyon dollar) ayırmağı nəzərdə tutur.

 

Qeyd edək ki, “Intel” əksər texnologiyalarının hazırlandığı İsraildə ən böyük işəgötürən və ixracatçılardandır. Belə ki, ölkə hökuməti 2018-ci ilin dekabrında “Intel” şirkətinə İsraildə istehsalın genişləndirilməsi müqabilində 700 milyon şekel (185 milyon dollar) məbləğində qrant verilməsini açıqlayıb. İki il əvvəl “Intel” 15,3 milyard dollara İsrailin avtonom avtomobillər üçün “Mobileye” sistemlər tərtibatçısını satın alıb.

 

Nizam Nuriyev





Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024