12px13px15px17px
Tarix:18/06/19

Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 milyon dollara satışa çıxarıb. Qiymətə təyyarə, onunla əlaqədar əqli mülkiyyət, eləcə də yerüstü infrastruktur daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, təyyarə yaradıcılarından biri “Microsoft” korporasiyasının dünyasını dəyişmiş həmtəsisçisi Pol Alen olub. “Stratolaunch” uçuş trayektoriyasını effektiv seçməyə və az enerji sərf etməyə imkan verən raket və kosmoplanların buraxılışı üçün “hava startı” sistemi kimi hazırlanıb. İkifüzelyajlı (ikigövdəli) təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən “Stratolaunch” apreldə ilk dəfə havaya qalxıb.

 

Təyyarənin potensial alıcıları arasında kosmik şirkət sahibləri olan iş adamları İlon Mask, Ceff Bezos və Riçard Brensonun adı çəkilir. Lakin məlumata görə, təyyarənin satışı ilə bağlı danışıqlar indiyədək yalnız 1 dollar təklif edən R.Brenson ilə aparılıb. O, oxşar təklifi 2003-cü ildə “British Airways” aviaşirkətinə “Concorde” sərnişin təyyarələrinin 8,3 dollara alınmasına görə edib.

 

Nizam Nuriyev





Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda