12px13px15px17px
Tarix:20/06/19

Yeni nəsil “Amazon Kindle Oasis” elektron kitabı təqdim olunub

“Amazon” şirkəti “Kindle Oasis” elektron kitabının onuncu nəslini təqdim edib. Modelin dizaynı dəyişməz qalsa da, ekranda böyük dəyişikliklər edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeni qurğunun işıqlandırmasında 12 yox, 25 işıq diodundan istifadə olunub, eləcə də onların işıqsaçmasının temperaturunu tənzimləmək üçün imkan yaradılıb – istifadəçilər işıqlandırmada göy rəngin payını müstəqil azaldaraq işığın temperaturunu aşağı sala biləcəklər. Bundan əlavə, rəngin temperaturunun cədvəl üzrə tənzimlənilməsi nəticəsində gözlər az gəriləcək.

 

Həmçinin qurğu səhifələri sürətlə vərəqləməyə imkan verən ən yeni elektron mürəkkəb texnologiyası ilə təchiz edilib və çəkisi 6 qram azaldılmaqla doqquzuncu nəsil modeldən yüngül olub.

 

Digər xüsusiyyətlər isə dəyişməz qalıb: “Kindle Oasis” elektron kitabı 1680 х 1264 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 8 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, “Micro-USB” portu və model versiyasına görə “LTE” modemi ilə təchiz edilib. Suyadavamlılıq “IPX8” standartı üzrə təmin olunur.

 

Tədarükünə iyulun 24-dən etibarən başlanılacaq onuncu nəsil “Kindle Oasis” elektron kitabının qiyməti texniki xüsusiyyətlərinə görə dəyişir (Wi-Fi və 8 giqabaytlıq yaddaşla təchiz edilən versiya 250 dollar, LTE və 32 giqabaytlıq yaddaşa malik variant 370 dollar).

 

Nizam Nuriyev





Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024