12px13px15px17px
Tarix:20/06/19

Nyu-Yorkun mərkəzində “Samsung” şirkətinin ən yeni “LED” ekranı quraşdırılıb

Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin mütəxəssisləri Nyu-Yorkun "Times Square" meydanında yerləşən məşhur 1 №-li binanın üzərində ən yeni işıq diodlu (LED) ekranların quraşdırılmasını başa çatdırıblar. Panelin qeyri-adiliyi ondadır ki, onun ümumi sahəsi 11 639 kvadrat fut təşkil edir ki, bu da təxminən 1081 kvadratmetrə bərabərdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 1 №-li binanın üzərini tam örtən quraşdırılmış "LED" ekranlar dünyanın ən bahalı reklam lövhələrindəndir. "SMART Led Signage XPS" seriyalı displeylər birbaşa translyasiyaların nümayişi, eləcə də bahalı sinfə aid müxtəlif videokontentin göstərilməsi üçün istifadə olunur.

 

Təsvirin ötürülməsində yüksək keyfiyyətə "XPS 160" və "XPS 080" panellərinin tətbiqi sayəsində nail olunub. Yüksəkkeyfiyyətli işıq diodları ilə təchiz edilən bu ekran modelləri nəfis və təkmilləşdirilmiş dizayna malikdirlər. Bundan əlavə, modellər hava şəraitindən asılı olmayaraq ideal rəngvermə qabiliyyəti ilə seçilir və yüksək enerji səmərəliliyi ilə xarakterizə olunurlar.

 

Quraşdırılmış reklam lövhəsi "Samsung" şirkətinin yüksəkkeyfiyyətli videokontent ötürən müasir "LED" panellərinin reklamı üçün əla fürsət olacaq.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024