12px13px15px17px
Tarix:21/06/19

“Microsoft” və “Kano” uşaqlar üçün planşet-konstruktor hazırlayıblar

"Kano" təhsil startapı "Microsoft" korporasiyası ilə birgə sensor ekrana malik "Kano PC" hibrid planşetini təqdim ediblər. Yeni cihaz müstəqil quraşdırılma üçün konstruktor şəklində işlənib hazırlanıb və modulyar komponentlərdən hazır qurğu yığmağa imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, sözügedən cihaz "Windows 10 S" əməliyyat sisteminin idarəetməsi altında işləyir. "Kano PC" cihazı 11,6 düymlük ekran və klaviatura-çexolla təchiz edilib. Qurğunun arxa paneli şəffafdır. Cihaz 4 nüvəli "Intel Atom x5-Z8350" prosessoru, 4 QB əməli yaddaş, 64 QB fləş yaddaş və "microSD" yaddaş kartları üçün slotla təchiz edilib.

 

"Wi-Fi" və "Bluetooth" adapterləri, "HDMI" konnektoru, həmçinin 3,5 mm-lik qulaqlıqlar üçün port nəzərdə tutulub.

 

300 dollar dəyərində olan yeni qurğu oktyabrın 21-dən etibarən ABŞ, Kanada və Böyük Britaniyada satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024