12px13px15px17px
Tarix:21/06/19

“Apple” batareya probleminə görə “MacBook Pro” noutbuklarının bir hissəsini geri çağırır

“Apple” şirkəti batareya probleminə görə 2015-2017-ci illərdə satışda olan “MacBook Pro” noutbuklarının bir hissəsini geri çağırır. Bu haqda şirkətin saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 2015-ci ilin ortalarında çıxarılmış 15 düymlük “Retina” displeyə malik bir sıra noutbuk modelləri dayanıqsız elan edilib.

 

"Məlum olub ki, 15 düymlük əvvəlki “MacBook Pro” nəsil modellərində batareya həddindən çox qıza və yanğın təhlükəsi yarada bilər" – şirkətin rəsmi saytında deyilir.

 

Emil Hüseynov





Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024