12px13px15px17px
Tarix:25/06/19

“Google” avtomatik silinən fotoları paylaşmağa imkan verib

“Android” və “iOS” əməliyyat sistemləri üçün əlçatan olan “Google Duo” videoçatında avtomatik silinən fotoları göndərmək imkanı əlçatan olub. Bunun üçün, sadəcə, proqramın 56-cı versiyasını quraşdırmaq lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ancaq mobil proqramın özündə fotonu göndərmək üçün düymə yoxdur. “Google”un başqa xidmətləri, məsələn, “Photos” vasitəsilə bunu etmək olar. Sözügedən proqrama daxil olmaq, oradan fotonu seçmək, "Paylaşmaq" düyməsinə sıxmaq və açılan siyahıdan “Google Duo” seçmək lazımdır. Bundan sonra redaktorda açılmış şəklə hansısa mətn və ya şəkil əlavə etmək mümkündür. Nəhayət, sonda kontaktlar siyahısı əlçatan olacaq: fotonu 5 nəfərə göndərmək mümkündür.
 
Göndərilmiş foto 24 saatdan sonra silinir.
 
Emil Hüseynov





Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 İyul 2019

21 07 2019