12px13px15px17px
Tarix:25/06/19

USB standartının yaradıcısı öz əsas səhvini etiraf edib

USB standartı ilk dəfə 1998-ci ildə “Apple iMac” kompüterində istifadə edilib. Həmin vaxtdan etibarən USB konnektora malik texnikanı düzgün qoşmaq üçün milyardlarla cəhd edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, USB standartının hazırlanmasına məsuliyyət daşıyan “Intel” komandasının rəhbəri Acay Bxatt ilk dəfə sözügedən konnektorun dizaynının uğursuz olduğunu etiraf edib.

 

Onun sözlərinə görə, cari dizaynın başqa variantlarla müqayisədə əsas üstünlüyü onun qiyməti idi. USB konnektorunun istənilən tərəfdən qoşulması imkanı onun istehsal dəyərini iki dəfə artırardı.

 

Emil Hüseynov





Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024