12px13px15px17px
Tarix:27/06/19

“Instagram” laykları gizlətməyi planlaşdırır

“Instagram” sosial şəbəkəsinin direktoru Adam Mosseri deyib ki, onlar laykların sayını gizlətmək üsulunu axtarırlar. Bu, istifadəçiləri stresdən qorumalıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, proqramçılar variantlardan biri kimi şəxsi sayğac sisteminin yaradılmasını nəzərdə tuturlar: laykları yalnız şəklin müəllifi görəcək. Digər istifadəçilər hər hansı bir post üçün laykların sayını öyrənə bilməyəcəklər. Beləliklə, “Instagram”ın direktoru istifadəçilərin insanlarla ünsiyyətə önəm verməsinə kömək etmək istəyir. Onun fikrincə, insanlar layklara və özünü başqaları ilə müqayisə etməyə həddən artıq çox enerji sərf edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024