Robotlar 2030-cu ilədək 20 milyon insanı işindən məhrum edəcək
“Oxford Economics” analitik şirkəti robotların 2030-cu ilədək dünyada təxminən 20 milyon insanı iş yerində əvəzləyəcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, işini itirən insanlar üçün xidmətlər sektorunda oxşar vakansiyalar seçimi istehsalın avtomatlaşdırılması ilə bağlı məhdud olacaq.
Bununla belə, avtomatlaşdırmanın tətbiqinin genişlənməsi iş yerlərinin sayının və ölkələrin iqtisadi artımının yüksəlməsinə xidmət edəcək.
Şirkət nümayəndələrinin sözlərinə görə, hər yeni sənaye robotunun tətbiqi 1,6 iş yerini ixtisara salacaq, az ixtisaslı işçi qüvvəsinə malik regionlar isə bundan daha çox ziyan çəkəcəklər.
Zəif iqtisadi inkişafa görə işsizlik səviyyəsinin yüksək olduğu aşağı bacarıqlı işçi qüvvəsinin üstünlük təşkil etdiyi regionlar robotların tətbiqi ilə əlaqədar iş yerlərinin itirilməsi üçün daha həssasdır. Burada bir robotun tətbiqi təqribən iki iş yerinin azalmasına səbəb ola bilər.
Nizam Nuriyev
Baxış sayı: 522
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet