“Google Play” internet mağazasında pul oğurlayan proqramlar aşkar edilib
"Kasperski Laboratoriyası" antivirus proqram təminatı istehsalçısı “Google Play” internet mağazasında fotoredaktor adı altında pul oğurlayan zərərverici proqram təminatı aşkar edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “MobOk” bekdoru telefon nömrələrinə rus, ingilis və tay dillərində pullu abunələr qoşmaqla onlardan pul oğurlayıb. Zərərli proqram təminatı gizli fəaliyyət göstərib və mobil hesabdan pul silinməsini aşkar edən zərərçəkmiş şəxslər şübhələnməyə başlayıblar. Ümumilikdə saxta fotoredaktorların hər biri – “Pink Camera” və “Pink Camera 2” 10 min dəfədən çox quraşdırılıb. Hazırda bu təhlükəli proqramlar “Google Play”dan silinib.
Bekdor cinayətkarlara virusa yoluxmuş qurğu üzərində nəzarəti ələ keçirməyə və istifadəçidən gizli şəkildə müəyyən əməliyyatları yerinə yetirməyə imkan verir. “Pink Camera” fotoredaktorları ilə əlaqədar təhlükəni müəyyənləşdirmək çətin idi, ona görə ki, proqram, həmçinin öz funksiyasını (şəkilləri redaktə etmək) yerinə yetirirdi. Bundan başqa, həmin proqramlar etibarlı mənbədən yüklənmişdi.
Emil Hüseynov
Baxış sayı: 480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet