Tarix:02/07/19
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, "L 98-59" ulduz sistemində aşkarlanan planet ölçüsünə görə Yer kürəsindən kiçikdir. Sistem Yer kürəsindən 34,6 işıq ili məsafəsində yerləşir və onda aşkarlanan bütün planetlər "Venera zonası"nda yerləşir. Ən daxili planet olan "L 98-59b" ulduz ətrafında hər 2,25 gün ərzində tam dövrə vurur. O, ulduza o qədər yaxın yerləşir ki, Yerin Günəşdən aldığı enerjidən 22 dəfə çox enerji alır. "L 98-59b" planetinin ölçüsü "NASA" üçün rekord hesab edilmir, çünki ona qədər kəşf edilən "Kepler-37b" planeti Aydan böyükdür. Lakin kəşf "TESS" aparatının ən müxtəlif ekzoplanetlər aşkarlamaq iqtidarında olduğunu nümayiş etdirir.
Bildirilir ki, "TESS" tranzit fotometriya metodu vasitəsilə "L 98-59" ətrafında daha iki planet aşkarlayıb və gələcək tədqiqatlar onların atmosferə malik olduğunu müəyyənləşdirəcək. Orta planet olan "L 98-59c" 3,7 günə dövrə vurur və Yerdən 11 dəfə çox şüalanır. Sistemdə aşkarlanan ən uzaq "L 98-59d" planeti ulduz ətrafında 7,5 günə dövrə vurur və Yerdən 4 dəfə çox enerji şüalanması alır.
Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu ötən ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.
"TESS" teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan "Kepler" teleskopunu qismən əvəz edəcək. "TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. "Kepler" isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.
"TESS" 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldiliblər ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.
2018-ci ilin mayında "TESS" aparatı ilk – sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.
Nizam Nuriyev
“TESS” aparatı ən kiçik ekzoplanet aşkarlayıb
ABŞ Kosmik Agentliyinin (NASA) ekzoplanetlərin tranzit üsulla kəşfi üçün nəzərdə tutulan "TESS" kosmik aparatı "L 98-59b" adlı yeni planet aşkarlayıb. O, aparatın indiyədək aşkarladığı ən kiçik planetdir."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, "L 98-59" ulduz sistemində aşkarlanan planet ölçüsünə görə Yer kürəsindən kiçikdir. Sistem Yer kürəsindən 34,6 işıq ili məsafəsində yerləşir və onda aşkarlanan bütün planetlər "Venera zonası"nda yerləşir. Ən daxili planet olan "L 98-59b" ulduz ətrafında hər 2,25 gün ərzində tam dövrə vurur. O, ulduza o qədər yaxın yerləşir ki, Yerin Günəşdən aldığı enerjidən 22 dəfə çox enerji alır. "L 98-59b" planetinin ölçüsü "NASA" üçün rekord hesab edilmir, çünki ona qədər kəşf edilən "Kepler-37b" planeti Aydan böyükdür. Lakin kəşf "TESS" aparatının ən müxtəlif ekzoplanetlər aşkarlamaq iqtidarında olduğunu nümayiş etdirir.
Bildirilir ki, "TESS" tranzit fotometriya metodu vasitəsilə "L 98-59" ətrafında daha iki planet aşkarlayıb və gələcək tədqiqatlar onların atmosferə malik olduğunu müəyyənləşdirəcək. Orta planet olan "L 98-59c" 3,7 günə dövrə vurur və Yerdən 11 dəfə çox şüalanır. Sistemdə aşkarlanan ən uzaq "L 98-59d" planeti ulduz ətrafında 7,5 günə dövrə vurur və Yerdən 4 dəfə çox enerji şüalanması alır.
Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu ötən ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.
"TESS" teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan "Kepler" teleskopunu qismən əvəz edəcək. "TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. "Kepler" isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.
"TESS" 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldiliblər ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.
2018-ci ilin mayında "TESS" aparatı ilk – sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 832
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet