12px13px15px17px
Tarix:03/07/19

3D printer bazarının həcmi ildə 37% artacaq

2022-ci ildə həcmli çap üçün qlobal printer bazarının həcmi 7,08 milyard dollara yaxınlaşacaq. "Technavio Research" şirkətinin proqnozuna görə, bu avadanlığın satış həcmi hər il 37% yüksələcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, 2018-ci ildə qlobal 3D printer qlobal bazarının artımı 34,5% səviyyəsində qiymətləndirilib. Tələbatın artması istehlakçıların üçölçülü məhsullara marağı ilə izah edilir.
 
Araşdırmaya əsasən, Şimali və Cənubi Amerikanın sözügedən bazarın inkişafına töhfəsi 41% səviyyəsində olacaq.
 
"Technavio Research" aşağıdakı şirkətləri 3D printer bazarında ən böyük istehsalçı adlandırıb: "Stratasys", "3D Systems", "SLM Solutions", "EOS", "XYZprinting", "Ultimaker" və "Formlabs".
 
Emil Hüseynov



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024