Tarix:05/07/19
ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar
ABŞ-ın "Caspian Policy Center" təşkilatının nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyində görüş keçirilib.
Əvvəlcə qonaqlara agentliyin fəaliyyəti, həyata keçiriləcək tədbirlər və planlar barədə ətraflı məlumat verilib, Azərbaycanda yüksək texnologiyaların inkişafına dair görülən işlərdən bəhs olunub.
Görüşdə "COMmercialize startUP – ComUP" proqramına əsasən, müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərinin kommersiyalaşdırılması, onların dövlət qurumları, transmilli və beynəlxalq şirkətlər ilə işgüzar tərəfdaşlıq qurması müzakirə olunub. Bu məqsədlə "Caspian Policy Center"-nin direktoru Efqan Nifti, İdarə Heyətinin üzvü, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı keçmiş səfiri Robert Sekutaya və kontr-admiral Ron Maklarena İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin aidiyyəti startap layihələrinin təqdimatları nümayiş olunub.
Görüşün sonunda İnnovasiyalar Agentliyinin əməkdaşları və analitika mərkəzinin nümayəndələri arasında gələcək əməkdaşlıq perspektivləri və ölkəmizdə startap ekosisteminin inkişafına dair görülə biləcək işlər müzakirə edilib.
Baxış sayı: 548
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet