12px13px15px17px
Tarix:05/07/19

Qusar rayonunda daha bir Elektron ATS istifadəyə veriləcək

“Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb.
 
Nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib.  Belə ki, ötən bir il ərzində Qusar şəhərində və kəndlərində 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb.
 
Həyata keçirilən tədbirlər nəticəsində yaxın zamanlarda indiyədək telefonlaşmayan Qusarın Aşağı-İmamqulu kəndində 160 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə veriləcək. Elektron ATS-ə uzunluğu 4500 metr fiber-optik kabel çəkilir. Qurulan yeni EATS vasitəsilə 1500 metr məsafədə yerləşən qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa EATS-in nömrə tutumu 512 nömrəyədək artırılacaq.
 
Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndindən Qusar şəhərinə 100 nömrəlik, Samur kəndinə 80 nömrəlik daxili xətt şəbəkəsi tikilib.
 
Əcəxur kəndinə 1600 metr fiber-optik kabel çəkilərək 32 nömrəlik mini ATS quraşdırılıb istifadəyə verilib, Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.
 
Beləliklə, internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər və kənd Elektron ATS-lərində istismara yararsız köhnə avadanlıqlar müasir tipli JUNİPER avadanlıqları ilə əvəz olunub.
 
İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub. 
 
Şəhər sahəsində ümumilikdə 15 km,  kənd sahəsində isə ümumilikdə 21 km məsafədə xəttlər təmir olunub və 461 ədəd yeni dirək basdırılıb.








Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024