Portuqaliyada ilk superkompüter işə salınıb
Portuqaliyada “BoB” adlı ilk superkompüter rəsmən istifadəyə verilib. O, Mino Universiteti nəzdində Qabaqcıl Hesablamalar Mərkəzində (Minho Advanced Computer Center, MACC) yerləşir. Superkompüter “MACC” Mərkəzi kimi əsasən günəş, külək və su elektrik stansiyalarından alınan “yaşıl” enerji ilə işləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, “BoB” Portuqaliya və Ostin Texas Universiteti arasında əməkdaşlıq çərçivəsində Portuqaliya Elm və Texnika Fonduna (FCT) verilən Texas Qabaqcıl Hesablamalar Mərkəzinin keçmiş “Stampede” superkompüterinin 20 dirəyindən ibarətdir. Səksən hesablama qovşağına malik superkompüterin yaddaş tutumu 2,6 terabayta, quraşdırılmış tutumu isə 1 petabayta bərabərdir. Superkompüterin ən yüksək məhsuldarlığı 1 petaflops olmaqla “Intel Xeon Phi KNL” prosessorları ilə təmin edilir.
2016-cı ilin iyununda “Stampede” 6400 qovşaqdan ibarət olub və TOP500 reytinqində 117-ci yeri tutub. Superkompüter “Stampede2” adlı yeni qurğunun inşası ilə əlaqədar 2017-ci ildə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “MACC” Mərkəzi bu yaxınlarda təsis edilib. Onun yaradılması ilə bağlı qərar Portuqaliya və Ostin Texas Universiteti arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduqdan sonra qəbul edilib.
Mərkəz 2020-ci ilin sonuna “Deucalion” adlı daha bir superkompüteri işə salmaq niyyətindədir. Onun hesablama məhsuldarlığının 9,4 petaflopsa çatacağı gözlənilir.
Portuqaliya, həmçinin Avropa Komissiyası tərəfindən təsdiq edilən “Centro Nacional de Supercomputación” Barselona Superkompüter Mərkəzində məhsuldarlığı ekzaflopsa yaxın “pre-exascale” tipli superkompüterin quraşdırılması üzrə digər layihədə iştirak edir. Layihənin icrasına Portuqaliya ilə yanaşı, Türkiyə və Xorvatiya mütəxəssisləri qoşulub. O, İrlandiya tərəfindən də dəstəklənir. Məhsuldarlığı 175 petaflops təşkil edəcək bu superkompüter dünyanın 5 ən güclü superkompüteri siyahısına daxil olacaq.
Nizam Nuriyev
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet