12px13px15px17px
Tarix:18/07/19

“Xiaomi Mi A3” smartfonu rəsmən təqdim olunub

"Xiaomi" şirkəti İspaniyada "Mi A3" yeni smartfonunu rəsmən təqdim edib. "Android One" proqramı çərçivəsində işlənib hazırlanmış sözügedən aparata "Android" sisteminin təmiz versiyası quraşdırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Xiaomi Mi A3" bu yaxınlarda təqdim edilmiş "Xiaomi CC9e" əsasında hazırlanıb. Smartfon 1520x720 piksel təsvir ölçülü 6 düymlük AMOLED displeylə təchiz edilib. Ekrana barmaq izləri skaneri inteqrasiya edilib. Yeni aparat "Snapdragon 665" adlı 8 nüvəli prosessor ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4 QB, məlumatların saxlanılması üçün 64 və ya 128 QB-dır.

 

Arxa kamera 3 modula malikdir: 48 meqapiksellik əsas, 8 meqapiksel təsvir ölçülü genişbucaqlı və 2 meqapiksellik dərinlik datçiki. Ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

 

Akkumulyator batareyasının tutumu 4030 milliamper/saatdır.

 

Emil Hüseynov





Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024