Gələcək beyin implantı nümayiş edilib
İddialı milyarder İlon Maska məxsus "Neuralink" şirkəti neyrokompüter interfeyslərinin insan beyninə implantasiyası texnologiyasını nümayiş etdirib. Proqramın məqsədi neyron şəbəkəsinin təsiri vasitəsilə görmə, eşitmə və danışma qabiliyyətini itirən insanları yenidən normal həyata qaytarmağa kömək etməkdir.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qapalı keçirilən brifinqdə şirkət mütəxəssisləri insan və kompüter arasında əlaqənin qurulması üçün insan beyninə nazik neyron tellər implantasiya edə bilən robotlar hazırladıqlarını bəyan ediblər. Tərtibatçıların sözlərinə görə, texnologiya hissiyyat orqanları funksiyaları pozulan insanların görmə, danışma və eşitmə qabiliyyətini bərpa edə bilər.
İ.Mask hələ bir neçə il əvvəl bildirib ki, tərəqqidən geri qalmamaq üçün yeganə üsul insan beyninə süni intellektlə əlaqə qurmağı öyrətməkdir. "Neuralink" şirkətinin hesabatına görə, implantlar artıq laboratoriya siçovulları üzərində sınaqdan keçirilib, tədqiqatçılar tərəfindən insan beyni ilə işə isə 2020-ci ilin ikinci rübündə başlamaq planlaşdırılır.
Hazırda implantasiya texnologiyası beyinə qalınlığı insan saçının diametrinin dörddəbirini təşkil edən nazik tellərin yerləşdirilməsini nəzərdə tutur. Bunun üçün kəllənin incə burğu vasitəsilə burğulanması tələb olunur. Lakin gələcəkdə vibrasiyanın aradan qaldırılması məqsədilə bu metodikanın lazerlə əvəzlənməsi planlaşdırılır.
Miniatür elektrodlara bənd edilən ötürücülər informasiyanı insan beyninin neyron hüceyrələrindən toplayaraq qulaq dibində yerləşən və simsiz modulun köməyi ilə kompüterlə əlaqə yaradan kompakt qəbulediciyə ötürürlər. İ.Mask qeyd edib ki, nəticə etibarilə lazımi məlumatları insan beyninə ötürmək mümkün olacaq.
"Neuralink" təsisçisinin sözlərinə görə, neyron tellərin "oxuma/yazma" sürəti hazırda tibdə parkinson xəstəliyinin müalicəsi üçün istifadə edilənləri min dəfə üstələyəcək, interfeys inkişaf etdikcə isə implant istifadəçiləri arasında "telepatik" ünsiyyət qurmaq mümkün olacaq.
Texnologiya və tədqiqat barədə elmi materialların yaxın vaxtlarda təqdim olunması nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 671
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet