12px13px15px17px
Tarix:18/07/19

“Samsung” smartfonlar üçün yüksəksürətli operativ yaddaş modulları təqdim edib

“Samsung” şirkəti smartfonlar üçün “LPDDR5” standartlı operativ yaddaş çiplərinin kütləvi istehsalına başlayıb. On iki giqabaytlıq tutuma malik yeni modullar məlumatları yüksək sürətlə ötürməsi ilə seçilir və müxtəlif istehsalçılara məxsus müasir qabaqcıl qurğuların tərkibində iş üçün optimallaşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni çiplər 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb. “LPDDR5” çiplərinin məlumat oxuma sürəti 5500 Mbit/saniyə təşkil edir ki, bu da “LPDDR4X” modullarından 1,3 dəfə sürətlidir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, belə modul 1 saniyə ərzində 44 giqabayt tutumlu məlumatı ötürə bilir. Bu isə “Full HD” təsvir ölçülü 12 filmə bərabərdir. Bundan başqa, yaddaşın enerji sərfiyyatı əvvəlki standartla müqayisədə 30 faiz azalıb. Yeni çiplərin süni intellekt alqoritmlərindən istifadə, yüksək dəqiqlikli videonun yazılması zamanı növbəti nəsil qabaqcıl smartfonların işinin səmərəliliyini, eləcə də mobil qurğuların avtonom işləmə vaxtını artıracağı gözlənilir.

 

Şirkət yeni tip operativ yaddaş istehsalını Cənubi Koreyadakı kampusuna köçürməyi planlaşdırır. Növbəti ildə 16 giqabaytlıq “LPDDR5” modullarının mümkün istehsalı nəzərdən keçirilir.

 

On iki giqabaytlıq yaddaş modulları ilə təchiz edilən ilk mobil qurğuların buraxılış tarixi hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024