“Bluetooth” texnologiyasında aşkar edilmiş boşluq “Windows”, “iOS” və “macOS” istifadəçilərini izləməyə imkan verir
Boston Universitetinin mütəxəssisləri “Bluetooth” simsiz rabitə protokolunda kritik problem aşkar ediblər. Mütəxəssislərin sözlərinə görə, hakerlər sözügedən boşluğun köməyi ilə bir çox müasir qurğulardan məlumatları oğurlaya bilərlər. “iOS”, “macOS” və “Windows 10” sisteminin idarəetməsi altında işləyən smartfon, planşet və kompüterlərin istifadəçiləri, həmçinin “Fitbit” fitness cihazları və “Apple Watch” smart saatlarının sahibləri təhlükə altındadır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tədqiqatın detalları İsveçin Stokholm şəhərində Texnologiyaların Məxfiliyinin artırılması üzrə 19-cu Simpoziumda açıqlanıb. Ekspertlərin məlumatına görə, “Bluetooth Low Energy”nin işindəki boşluq cinayətkarlara qurğunun tipi və başqa məlumatlar haqqında informasiyanı özündə saxlayan eyniləşdirilmiş tokenlərə müdaxilə etməyə imkan verir.
Qurğuların bir-birinə qoşulmasını asanlaşdırmaq üçün “Bluetooth Low Energy” hamı üçün əlçatan şifrlənməmiş reklam kanallarından istifadə edir. Əvvəlcə bu protokol “Bluetooth” qurğularının daimi “MAC” ünvanlarını ötürürdü ki, bu da texnologiyanın məxfiliyi barəsində tənqidə səbəb olmuşdu. Bundan sonra problem həllini tapmışdı.
Maraqlıdır ki, “Android” sisteminin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri bu boşluqdan tamamilə qorunublar, çünki əməliyyat sistemi “Bluetooth Low Energy” üzrə reklam mesajlarında heç bir eyniləşdirilmiş məlumat göndərmir.
Emil Hüseynov
Baxış sayı: 723
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet