12px13px15px17px
Tarix:19/07/19

Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir. Məntiqi ventillərə informasiya bit və ya kubitlər şəklində daxil olur. Daxil olan siqnalların sayı 1-dən 3-dək ola bilər. Yəni, məsələn, iki bitlik ventillərə 2 siqnal daxil olur, onun daxilində emal edilir və vahid informasiya axını şəklində çıxır. Bu qurğular hesablamaların aparılması üçün çox vacibdir və onların işləmə sürəti kompüterin sürətinə birbaşa təsir edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, bitlərdən fərqli olaraq, kubitlər informasiyanı 2 siqnalla (0 və 1) deyil, 3 siqnalla kodlaşdırır. Kubitlər "0" və "1" qiymətlərindən başqa bu iki vəziyyət arasında super mövqe də ala bilərlər. Ancaq kubitlər vasitəsilə məntiqi əməliyyatların sürəti kifayət qədər aşağı idi və bu, kvant kompüterlərin işləmə sürətində problemli məsələ olaraq qalırdı.

 

Lakin Yeni Cənubi Uels Universitetinin alimlər komandası dünyada ən sürətli kvant ventilləri hazırlayıblar.

 

Alimlər bir əməliyyatın 0,8 nanosaniyə ərzində yerinə yetirilməsinə nail olublar. Bu göstərici analoqlardan təxminən 200 dəfə sürətlidir.

 

Emil Hüseynov





Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024