“Toyota” şirkəti “Tokio 2020” Olimpiya Oyunları üçün robotlar təqdim edib
Yaponiyanın "Toyota" şirkəti 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı xidməti heyətin işinə kömək edəcək robotlar seriyasını təqdim edib. Qurğular Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat komitəsi tərəfindən yaradılan "Tokio 2020" robot texnikası layihəsi çərçivəsində nümayiş olunub. Layihə Yaponiya və paytaxt hökumətini, eləcə də robot texnikası sahəsində ekspertlərlə birgə olimpiadanın tərəfdaşlarını birləşdirir.
"ICTnews" Elektron Xəbər Xidməti "Kommersant" resursuna istinadən yazır ki, ilk model sırasına iki robot talisman – ağ göy "Miraitowa" və ağ-çəhrayı "Someity" daxildir. Talismanların işi rəsmi tədbirlərdə idmançı və qonaqları salamlamaqdan ibarət olacaq. Onlar insanları başlarında quraşdırılan kamera vasitəsilə tanıya, cavab verə və əl sıxmaq üçün əllərini qaldıra biləcəklər.
"T-HR3" insanabənzər robotu insanlarla təmas quracaq, eləcə də tədbirlərdən qonaqlara təsvirlər və səslər ötürəcək.
Böyük ekranlı kamera ilə təchiz edilən "T-TR1" robotu isə fiziki baxımdan oyunlarda iştirak edə bilməyən insanlara virtual iştirak imkanı təqdim edəcək.
"HSR" (Human Support Robot) dəstək robotu tamaşaçıları yerlərinədək müşayiət edəcək. Yüngül atletika tədbirlərində belə robotlar hərəkət üçün yardıma ehtiyacı olan mindən çox tamaşaçıya xidmət göstərəcəklər.
"DSR" (Delivery Support Robot) robotu tamaşaçılar xüsusi planşet vasitəsilə ərzaqlar sifariş edən zaman onlara içkilər və digər məhsullar çatdıracaq.
"FSR" (Field Support Robot) səhra dəstəyi robotu meydançada avtonom hərəkət edəcək, nizə və tullayıcı mərmilər kimi atılan obyektləri qaldıracaq.
Nizam Nuriyev
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet