12px13px15px17px
Tarix:25/07/19

Müasir düyməli “Nokia” mobil telefonları buraxılıb

“HMD Global” şirkəti “Nokia 220 4G” və “Nokia 105” düyməli mobil telefon modellərini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, birinci model 2014-cü ildə buraxılan telefonun dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən, ikincisi isə 2017-ci il qurğusunun yenilənmiş versiyasıdır.

 

“Nokia 220 4G” 2,4 düym diaqonallı və 160 х 120 piksel təsvir ölçülü kiçik ekrana malikdir. Qurğunun operativ yaddaş tutumu 16 meqabayt, quraşdırılmış yaddaşı isə 24 meqabayt təşkil edir. Telefon “Smart Feature” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Bundan başqa, “Facebook” və “Twitter” əlavələri və FM radiosu quraşdırılıb. Model gözləmə rejimində 27 gün avtonomluğu dəstəkləyən 1200 milliamper/saat tutumlu akkumulyatorlarla təchiz edilib. “Nokia 220 4G” telefonunun qiyməti 39 avro təşkil edir.

 

Ekranı daha kiçik – 1,77 düym olmaqla eyni təsvir ölçüsünə malik “Nokia 105” modeli “Nokia Series 30 ” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və 4 meqabayt operativ və eyni quraşdırılmış yaddaş tutumu ilə təchiz olunub. Akkumulyator tutumu 800 milliamper/saata bərabər qurğu gözləmə rejimində 25 gün enerji saxlayır. “Nokia 105” telefonunun qiyməti 13 avrodur.

 

Nizam Nuriyev





Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024