12px13px15px17px
Tarix:27/07/19

“Intel” şirkətinin simsiz modemlər bölməsi neçə milyard dollara satılıb?

"Apple" korporasiyası "Intel" şirkətinin smartfon, planşet və kompüterlərə mobil rabitə şəbəkələrinə qoşulmağa imkan verən simsiz modemlərin – komponentlərin hazırlanması üzrə bölməsini satın almasını rəsmən açıqlayıb. Bir milyard dollarlıq sazişin məqsədi bir neçə il ərzində "iPhone", "iPad" və digər qurğular üçün "5G" modemlərinin istehsalına başlamaqdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bu ilin dördüncü rübündə tamamlanması gözlənilən saziş "Intel" modem bölməsinin 2200 əməkdaşının işləmək üçün "Apple" şirkətinə keçməsini, eləcə də intellektual mülkiyyət, avadanlıq və icarə müqavilələrinin təhvil verilməsini nəzərdə tutur.

 

Məlumata görə, bir sıra yurisdiksiyada tənzimləyici orqanların razılığı tələb oluna bilər.

 

"Intel"dən alınan intellektual mülkiyyətlə yanaşı, "Apple" simsiz texnologiyalar sahəsində simsiz standartlar protokollarından tutmuş, modem arxitekturalarınadək 17000-dən çox patentə sahib çıxıb.

 

Bununla yanaşı, "Intel" smartfon olmayan qurğular – fərdi kompüter, "Əşyalar interneti" və sürücüsüz avtomobillər avadanlıqları üçün modemlər hazırlamaq hüququnu qoruyub saxlayacaq. Həmçinin şirkət şəbəkə avadanlığında istifadə üçün "5G" texnologiyasının hazırlanmasını davam etdirmək niyyətindədir.

 

Nizam Nuriyev





Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024