12px13px15px17px
Tarix:29/07/19

Fransa peykləri lazer silahları ilə təchiz ediləcək

İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron ölkədə Kosmik Qüvvələrin yaradılacağını açıqladıqdan sonra internetdə yeni silahlı birləşmənin hansı silahlarla təchiz ediləcəyi ilə bağlı ilk informasiya yayılmağa başlayıb. Belə ki, Avropa KİV-də Fransa peyklərinə hərbi peyklərə çevrilməyə imkan verən proqram barədə ətraflı məlumat dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Fransanın Müdafiə naziri Florans Parlinin sözlərinə görə, ölkə 2030-cu ilədək orbitə göyərtəsində lazer və pulemyot silahı daşıyacaq peyklər qruplaşması çıxaracaq. Bu məqsədlər üçün 2025-ci ilədək hərbi büdcədən 4 milyard 300 milyon avronun ayrılması nəzərdə tutulur. Vəsaitlərin bir hissəsi Fransanın hərbi telekommunikasiya peyklərinin modernləşdirilməsinə sərf olunacaq. Növbəti nəsil qurğuların isə mümkün düşmən peyklərinin neytrallaşdırılması üçün asma silahlarla təchiz edilməsi planlaşdırılır.

 

Nazir bildirib ki, yeni sistemin məqsədi hücum yox, müdafiədir və peyklərin silahla təchiz edilməsi ilə bağlı plan kosmik məkanda nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadəni qadağan edən 1967-ci il tarixli Kosmos haqqında beynəlxalq müqavilənin müddəalarını pozmur.

 

Nizam Nuriyev





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024