12px13px15px17px
Tarix:29/07/19

Süni göz görmə qabiliyyətini itirmiş insanların yenidən görməsinə imkan verir

Süni göz – fotoreseptorların məhvi səbəbindən yaşla bağlı yaranan görmə itkisi ilə mübarizə üçün perspektiv vasitədir. Qeyri-adi qurğu Fransada uğurla sınaqdan keçirilib.

 

“Pixium Vision” şirkətinin həlli olan süni göz torlu qişanın arxa hissəsinə quraşdırılan və işıqla aktivləşən mikroçipdən və kamera ilə təchiz edilmiş “ağıllı” eynəkdən ibarətdir.

 

Kamera şəkilləri infraqırmızı siqnallara çevirir və implanta göndərir, sonuncudan isə vizual sinirə ötürülür. Bu, gözdən əlil insanların yenidən görməsinə imkan verir.

 

Emil Hüseynov





Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024