12px13px15px17px
Tarix:31/07/19

İsrail kosmosda elmi sınaqlar aparacaq

İsrail Avropa Kosmik Agentliyi ilə əməkdaşlıqda kosmik məkanda dörd elmi eksperiment aparacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, Avropa Kosmik Agentliyinin missiyasının tərkib hissəsi olacaq proqram İsrail Elm və Texnologiyalar Nazirliyi və “Space Pharma” şirkəti ilə əməkdaşlıqda həyata keçiriləcək. Layihənin məqsədi alimlərə açıq kosmos şəraitində bakteriyalar üzərində eksperimentlər aparmaq üçün imkan yaratmaqdır. Tədqiqat iştirakçısı – İsrailin “Sheba” Tibb Mərkəzinin mütəxəssisinin sözlərinə görə, tədqiqat qruplarına kosmosa belə eksperimentlərin aparılması üçün materiallar göndərmək imkanı çox təsadüfi hallarda verilir. Demək olar, bu imkan unikaldır.

 

Məlumata görə, İsrail oktyabrda buraxılışdan sonra kosmosda bakteriyaların öyrənilməsi üzrə dörd elmi eksperiment keçirəcək. İsrail və İtaliya alimlər qrupu tərəfindən hazırlanan əsas tədqiqatın məqsədi bakteriyaların Yer qravitasiyasının olmadığı şəraitdə antibiotiklərə reaksiyasının öyrənilməsidir.

 

Daha iki eksperiment zamanı alimlər bir sıra fermentlərin xəstəliklərə səbəb olan bakteriyaların yetişdirilməsini parçalamaq və immun sisteminin düzgün fəaliyyəti üçün vacib olan albumin zülalının qan molekullarına yapışma qabiliyyətini tədqiq etmək niyyətindədirlər. Dördüncü eksperimenti DNT molekullarının davranışı və insan orqanizminin qocalma hüceyrələri arasında korrelyasiyanın müəyyənləşdirilməsinə həsr olunacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024